Tarixin 30 iyunu...

MARAQLI
15:30 / 30.06.2026
50

Bu gün tarixin vərəqlərində 30 iyundayıq.

Hit.az xəbər verir ki, bu gün Azərbaycanda Milli Sevgililər Günüdür.

Bu günün seçilməsi isə təsadüfi deyil. Belə ki, 1990-cı il 20 Yanvar faciəsi zamanı İlham Allahverdiyev də şəhid olur. Lakin onun həyat yoldaşı Fərizə bu acıya dözmərəyərək intihar edir. Bu səbəbdən də onların sevgisi sədaqətin simvolu sayılır. Milli Sevgililər Günü olaraq qeyd olunan 30 iyun isə İlhamla Fərizənin toy günüdür. Onlar, məhz 1989-cu ilin bu günü evləniblər. 

Bu gün həmçinin, İsraildə Hərbi Donanma Günü, Qvatemalada Silahlı Qüvvələr Günü, Mərkəzi Afrika Respublikasında Ümumi Dua Günü, Konqo Demokratik Respublikasında Müstəqillik Günü kimi qeyd olunur. Beləliklə, tarixin 30 iyununa nəzər salırıq...

30 iyunda baş verənlər:
1908-ci ildə Podkamennaya Tunquska çayı hövzəsinə meteorit düşüb. 1996-cı ildə Almaniya milli futbol komandası UEFA Avropa Çempionatını qazanıb. 2002-ci ildə Braziliya milli futbol komandası Dünya Kubokunda çempion olub. 2019-cu ildə Donald Tramp Şimali Koreya torpaqlarına ayaq basan ilk ABŞ Prezidenti olaraq tarixə keçib.

30 iyunda doğulanlar:
1928-ci ildə Milli Məclisin I, II, III və IV çağırış deputatı Cəlal Əliyev, 1966-cı ildə amerikalı sabiq boksçu Mayk Tayson, 1973-cü ildə türkiyəli aktyor Şevket Çoruh, 1974-cü ildə türkiyəli müğənni Doğuş, 1983-cü ildə polşalı voleybolçu Katarjina Skovronska, 1987-ci ildə türkiyəli aktyor Uraz Kaygılaroğlu və 1995-ci ildə fransız futbolçu Romen Bask dünyaya gəlib.

30 iyunda vəfat edənlər:
1967-ci ildə Əməkdar incəsənət xadimi, tarzən Mirzə Mansur Mansurov, 2002-ci ildə şair Onegin Hacıqasımov, 1967-ci ildə Suriyanın 1-ci prezidenti Şükri əl-Qüvvətli, 1989-cu ildə rus aktyor Rostislav Plyatt, 1991-ci ildə özbək rəqqasə Tamara xanım, 2012-ci ildə İsrailin 7-ci baş naziri Yitzhak Şamir və 2014-cü ildə amerikalı rejissor Pol Mazurski vəfat edib.

Pərviz

0