Bu gün tarixin vərəqlərində 22 iyuldayıq.
Hit.az xəbər verir ki, bu gün ölkəmizdə və dünyada sıra tarixi hadisələrlə yadda qalıb.
İlk növbədə qeyd edək ki, bu gün Azərbaycanda Milli Mətbuat Günüdür. Həmçinin, 22 iyul bir sıra görkəmli şəxsin doğum və vəfat günü kimi də xatırlanır. Beləliklə, tarixin 22 iyuluna nəzər salırıq.
22 iyulda baş verənlər:
1875-ci ildə “Əkinçi” qəzeti ilk dəfə nəşr edilib. 2003-cü ildə Fransada Eyfel Qülləsində yanğın çıxıb. 2007-ci ildə Türkiyədə keçirilən seçkilərdə Rəcəb Tayyib Ərdoğanın liderlik etdiyi Ədalət və İnkişaf Partiyası (AK Parti) yenidən təkbaşına iqtidar olub. 2011-ci ildə Norveçin paytaxtı Oslo şəhərində terrorçu Anders Berinq Breyvik terror aktları törədib.
22 iyulda doğulanlar:
1802-ci ildə şərqşünas alim, tarixçi Mirzə Kazım bəy, 1979-cu ildə Milli Məclisin III, IV və V çağırış deputatı Fuad Muradov və 1992-ci ildə futbolçu Cavid Tağıyev doğulub.
Həmçinin, 1478-ci ildə İspanıya kralı I Filip, 1831-ci ildə Yaponiya imperatoru Osahito, 1882-ci ildə amerikalı rəssam Edvard Hopper, 1951-ci ildə rus müğənni Oleq Qazmanov, 1980-ci ildə niderlandlı futbolçu Dirk Kuyt və 1992-ci ildə amerikalı müğənni Selena Qomez dünyaya gəlib.
22 iyulda vəfat edənlər:
1993-cü ildə Azərbaycanın Milli Qəhrəmanı Nadir Əliyev Birinci Qarabağ müharibəsi zamanı şəhid olub.
2011-ci ildə teatrşünas İnqilab Kərimov, 2021-ci ildə Əməkdar incəsənət xadimi, aktyor Nizami Həmzəyev, 1832-ci ildə Fransa imperatoru II Napoleon, 1889-cu ildə rus şairi Dmitri Minayev, 1937-ci ildə gürcüstanlı şair Paolo Yaşvili, 1954-cü ildə tatarıstanlı yazıçı Ayaz İshaki, 1988-ci ildə amerikalı aktyor Dueyn Cons və 2010-cu ildə gürcüstanlı müğənni Teona Kumsiaşvili vəfat edib.
Pərviz


