Yay serialları “Uzak Şehir” və “Teşkilat”ı KEÇDİ

MARAQLI
10:45 / 23.09.2026
250

Türkiyədə yeni mövsümdə serialların reytinqlərində şok nəticələr qeydə alınmağa davam edir.

Hit.az xəbər verir ki, ötən mövsüm yüksək reytinqlər alan 3 serial bu mövsümə çox pis başlayıb.

Belə ki, birinci mövsümü ilə reytinqləri yüksək olan “A.B.İ” bu sezona çox pis başladığı üçün irəliləyən həftələrdə final etməsi gözlənilir.

6 mövsümdür reytinqləri alt-üst edən “Teşkilat” da reytinq şoku yaşayıb. Yay serialı “Daha 17” onu keçərək zirvədə yer alıb. “Teşkilat” isə bazar günü 3-cü olub və beləliklə həftənin ən çox izlənilən 10 serialı arasına daxil ola bilməyib.

Növbəti şokla isə “Uzak Şehir” üzləşib. Adıçəkilən ekran işi başlayandan bəri ilk dəfə bazar ertəsi günündə zirvədən kənarda qalıb. Maraqlıdır ki, onu da başqa bir yay serialı olan “Altı Üstü İstanbul” keçib.

Qeyd edək ki, yay serialları adətən yayın axırı final edər, davam edənlər isə mövcud serialları keçə bilmədikləri üçün yayından qaldırılardı. Lakin bu mövsümün iki yay serialı ötən illərə damğa vuran iki serialı zirvədən endirməyi bacarıb.

Pərviz Şimşək

0