Bəzi insanların qarşılarına qoyduqları məqsədlərə çatmaq üçün daha israrlı və əzmkar olduqları bildirilir. Numeroloqlar bu xüsusiyyətlərin insanın doğum günü ilə əlaqəli ola biləcəyini iddia edərək uğura güclü motivasiya ilə can atan şəxslərin doğulduğu dörd tarixi açıqlayıblar.
HİT.az xəbər verir ki, bu barədə “Parade” yazıb.
Numeroloqların fikrincə, ayın 4, 10, 18 və 26-da doğulan insanlar məqsədyönlülükləri, iradələri və çətinliklər qarşısında geri çəkilməmələri ilə fərqlənirlər. Onların uğur anlayışı fərqli olsa da, ortaq cəhətləri qarşılarına qoyduqları hədəfə çatmaq istəyidir.
Ayın 4-də doğulanlar – əzm və qətiyyət
Numeroloji yanaşmaya görə, ayın 4-də dünyaya gələnlər çalışqanlıq və dözümlülükləri ilə seçilirlər. Onlar müəyyən məqsəd qarşısına qoyduqda diqqətlərini əsasən həmin istiqamətə yönəldir və nəticə əldə edənədək mübarizəni davam etdirirlər. Bu şəxslər həm ənənəvi üsullardan, həm də yeni yanaşmalardan istifadə etməyə meyilli hesab olunurlar.
Ayın 10-da doğulanlar – öz yolunu seçənlər
Ayın 10-da doğulanların əsas xüsusiyyəti müstəqillik hesab olunur. Numeroloqlar 1 rəqəmini cəsarət və liderlik, 0 rəqəmini isə geniş imkanlar və potensialla əlaqələndirirlər. Bu tarixdə doğulanların başqalarının müəyyən etdiyi qaydalardan daha çox öz qərarlarına güvəndikləri və çətin hədəflərdən çəkinmədikləri iddia edilir.
Ayın 18-də doğulanlar – çətinliklərdən güc alanlar
Numeroloqlar ayın 18-də doğulanları ambisiyalı, iradəli və dözümlü insanlar kimi xarakterizə edirlər. Onların fikrincə, bu şəxslər uğurun asan əldə edilmədiyini anlayır və qarşılarına çıxan maneələri aşmaq üçün daha çox çalışmağa hazır olurlar. Bununla yanaşı, enerjilərini düzgün istiqamətləndirmək və səbirsizliklərini idarə etmək onlar üçün vacib sayılır.
Ayın 26-da doğulanlar – uğura komanda ilə çatanlar
Ayın 26-da doğulanlar isə digər üç tarixdən fərqli olaraq əməkdaşlığa və qarşılıqlı dəstəyə daha çox əhəmiyyət verən insanlar kimi təqdim olunur. Numeroloji şərhlərə əsasən, onların uğur qazanmasında düzgün münasibətlər qurmaq, etibarlı tərəfdaşlar seçmək və komanda şəklində işləmək mühüm rol oynayır. Bu şəxslərin ətraflarında güvənə biləcəkləri insanlardan ibarət çevrə yaratmağa çalışdıqları bildirilir.
Samir


