Bu 4 bürcün səbri tükənəcək: Artıq güzəştə getməyəcəklər

MARAQLI
11:01 / 16.10.2026
49

Yaxın günlərdə dörd bürcün nümayəndələrinin münasibətlərdə öz maraqlarını daha qətiyyətlə müdafiə edəcəyi və başqalarının onlardan sui-istifadə etməsinə imkan verməyəcəyi proqnozlaşdırılır. Astroloq Eleonoranın fikrincə, uzun müddət başqalarının istəklərini öz ehtiyaclarından üstün tutan bu insanlar artıq güzəştə getmək istəməyəcəklər.

HİT.az-ın “YourTango” nəşrinə istinadən verdiyi məlumata görə, söhbət Qoç, Tərəzi, Əqrəb və Oğlaq bürclərindən gedir. Astroloji proqnoza əsasən, bu bürclər münasibətlərə yenidən nəzər salacaq, öz sərhədlərini qorumağa çalışacaq və onlardan yalnız faydalanan insanlarla məsafə saxlaya biləcəklər.

Qoç

Qoçları münasibətlərdə mühüm qərarlar gözləyə bilər. Birgə yaşayış, münasibətlərin növbəti mərhələyə keçməsi və ya əvvəlki razılaşmaların yenidən nəzərdən keçirilməsi gündəmə gələ bilər. Astroloq bu bürcün nümayəndələrinə tələsməməyi, xüsusilə maliyyə məsələlərində qarşılıqlı gözləntiləri əvvəlcədən müzakirə etməyi tövsiyə edir. Qoçların öz maraqlarını qorumağa və yalnız münasibətləri davam etdirmək naminə güzəştə getməməyə çalışacağı bildirilir.

Tərəzi

Tərəzilər öz istəklərini ikinci plana keçirməkdən imtina edə bilərlər. Onların müstəqil qərarlar verməsi əvvəllər güzəştlərinə öyrəşmiş bəzi insanları narazı sala bilər. Bununla belə, astroloji proqnoza görə, Tərəzilər başqalarını razı salmaq üçün öz planlarından vaz keçməməlidirlər. Bəzi münasibətlərin sona çatması mümkün olsa da, yeni insanlarla tanışlıq və köhnə əlaqələrin bərpası üçün də fürsətlər yarana bilər.

Əqrəb

Əqrəblərin diqqəti əsasən iş və karyera məsələlərinə yönələcək. Onlara əlavə vəzifələr verilir, artıq iş saatları tələb olunur və bunun müqabilində uyğun ödəniş edilmir­sə, mövcud vəziyyəti yenidən qiymətləndirmək tövsiyə olunur. Astroloq yeni iş təkliflərinin və karyera imkanlarının ortaya çıxa biləcəyini iddia edir. Bununla belə, qərar verməzdən əvvəl əməkhaqqını, iş yükünü və digər şərtləri diqqətlə araşdırmaq vacibdir.

Oğlaq

Oğlaqların işə həddindən artıq vaxt ayırması şəxsi həyatlarına mənfi təsir göstərə bilər. Proqnoza əsasən, bu bürcün nümayəndələri əlavə zəhmətlərinin qarşılığını tələb etməyə və peşəkar nailiyyətlərinin qiymətləndirilməsinə daha çox diqqət yetirməyə başlayacaqlar. Onlara yeni vəzifə və iş təkliflərini nəzərdən keçirmək, lakin qərar verməzdən əvvəl əməkhaqqı ilə öhdəliklər arasındakı tarazlığı qiymətləndirmək məsləhət görülür. Mövcud iş şəraiti şəxsi məqsədlərə çatmağa mane olarsa, dəyişiklik barədə düşünmək də mümkün variantlardan biridir.

Samir

0