Yupiterin Şir bürcündə olması ilin sonunadək hansı bürclərə fürsətlər vəd edir?

MARAQLI
22:14 / 15.10.2026
76

Astroloji proqnoza görə, 2026-cı ilin sonunadək bəzi bürclərin nümayəndələri karyera, maliyyə, sevgi və şəxsi inkişaf sahələrində yeni imkanlarla qarşılaşa bilərlər. Xüsusilə yeni addımlar atmağa və öz potensialını nümayiş etdirməyə hazır olanlar üçün bu dövrün əhəmiyyətli dəyişikliklər gətirəcəyi ehtimal olunur.

HİT.az xəbər verir ki, bu barədə UNİAN nəşrinə astroloq İrina Nijnik danışıb.

Astrologiyada uğur və bolluq rəmzi sayılan Yupiterin Şir bürcündə olması ambisiyalar, tanınmaq və yeni perspektivlərlə əlaqələndirilir. Astroloqun fikrincə, dekabrın 13-dən Yupiterin retroqrad hərəkətə başlaması əvvəllər yarımçıq qalmış işlərə qayıtmaq və reallaşmayan planlara yenidən şans vermək üçün fürsət kimi şərh olunur.

Qoç – İlin sonunadək sevgi, yaradıcılıq və şəxsi istəklərin reallaşması ilə bağlı imkanlar yarana bilər. Hobbi əlavə gəlir mənbəyinə çevrilə, yeni romantik tanışlıqlar isə həyatınıza müsbət dəyişikliklər gətirə bilər.

Buğa – Ev və ailə məsələləri ön plana çıxacaq. Köçmək, daşınmaz əmlak almaq və ya təmir işlərinə başlamaq üçün əlverişli imkanların yarana biləcəyi bildirilir. Uzun müddətdir arzuladığınız bir məqsədə çatmaq da mümkün ola bilər.

Əkizlər – Yeni tanışlıqlar, təhsil və səyahətlər həyatınızda mühüm rol oynaya bilər. Təsadüfi görüş və ya adi bir söhbət gələcəkdə yeni perspektivlər açacaq fürsətə çevrilə bilər.

Xərçəng – Maliyyə məsələlərində irəliləyiş ehtimalı var. Yeni gəlir mənbəyi, sərfəli təklif və ya maaş artımı gündəmə gələ bilər. Bunun üçün öz əməyinizi qiymətləndirmək və layiqli qazanc tələb etmək vacib sayılır.

Şir – Bu dövr şəxsi inkişaf və peşəkar hədəflər baxımından əhəmiyyətli ola bilər. Yeni layihəyə başlamaq, yaradıcılıq imkanlarını genişləndirmək və uzun müddət təxirə salınan planları həyata keçirmək üçün fürsətlər yarana bilər.

Qız – Dəyişikliklər daha çox daxili dünyanızla bağlı ola bilər. Keçmişi geridə qoymaq, çətin bir mərhələni başa çatdırmaq və gözlənilməz insanlardan dəstək almaq ehtimalı var.

Tərəzi – Yeni tanışlıqlar və həmfikirlərin dəstəyi böyük məqsədlərə yaxınlaşmağa kömək edə bilər. Ətrafınızda ideyalarınıza inanan və onların reallaşmasına töhfə verən insanlar meydana çıxa bilər.

Əqrəb – Karyera yüksəlişi, yeni vəzifə və ya şəxsi biznesin genişləndirilməsi üçün imkanlar yarana bilər. Əvvəlki səylərinizin nəticəsini görmək və peşəkar sahədə tanınmaq ehtimalı artır.

Oxatan – Səyahət, təhsil, xarici ölkələrlə əməkdaşlıq və xaricə köçməklə bağlı yeni perspektivlər yarana bilər. Yeni biliklər əldə etmək və potensialınızı reallaşdıracağınız istiqaməti müəyyənləşdirmək üçün əlverişli dövr hesab olunur.

Oğlaq – Maliyyə, investisiya və tərəfdaşlarla pul münasibətləri diqqət mərkəzində olacaq. Sərfəli təkliflər və maliyyə dəstəyi ilə bağlı imkanlar yarana bilər. Bununla belə, mühüm maliyyə qərarlarının diqqətlə qiymətləndirilməsi tövsiyə olunur.

Dolça – Münasibətlər və tərəfdaşlıq sahəsində dəyişikliklər gözlənilə bilər. Subay Dolçalar həyatlarında mühüm rol oynayacaq biri ilə tanış ola, münasibətdə olanlar isə əlaqələrini möhkəmləndirmək və gələcəklə bağlı ciddi qərarlar vermək imkanı əldə edə bilərlər.

Balıqlar – İş həyatında yeni təkliflər, müştərilərin sayının artması və əmək şəraitinin yaxşılaşması mümkün sayılır. Gündəlik vərdişləri yeniləmək, işlə şəxsi həyat arasında tarazlıq yaratmaq da bu dövrün əsas mövzularından ola bilər.

Astroloqun fikrincə, ilin sonunadək əsas məsələ insanın öz imkanlarını kiçiltməməsi, məqsədlərini daha cəsarətlə müəyyənləşdirməsi və yeni təklifləri dəyərləndirməsidir.

Samir

0