Bəzi it cinsləri digərləri ilə müqayisədə daha sakit təbiətə malik olur və nadir hallarda hürürlər. Mütəxəssislər sakitliyi sevən və evində səs-küyün az olmasını istəyən şəxslərə belə itlərə üstünlük verməyi tövsiyə edirlər.
HİT.az xəbər verir ki, bu barədə “NLC” nəşri yazıb.
Siyahıya akita-inu, kavalier-kral Çarlz spanieli, ingilis buldoqu, Bern dağ iti və Avstraliya çoban iti daxildir. Bu cinslər nisbətən təmkinli davranışları ilə seçilsələr də, onların heç vaxt hürməyəcəyini düşünmək düzgün deyil.
İtlərin davranışı yalnız cinsindən asılı deyil. Mütəxəssislərin fikrincə, düzgün tərbiyə, sosiallaşma və kifayət qədər fiziki aktivlik də heyvanın sakitliyinə təsir göstərir.
İt təlimçisi Andrea Arden hesab edir ki, kifayət qədər hərəkət edən və ətraf mühitə uyğunlaşan itlər darıxan və ya stress keçirən heyvanlarla müqayisədə daha az səs-küy yarada bilərlər. Buna görə də sakit təbiətli cins seçməklə yanaşı, ev heyvanının gündəlik ehtiyaclarını qarşılamaq da vacibdir.
Beləliklə, akita-inu, kavalier-kral Çarlz spanieli, ingilis buldoqu, Bern dağ iti və Avstraliya çoban iti sakit it axtaranlar üçün nəzərdən keçirilə biləcək cinslər sırasındadır. Bununla belə, hər bir itin fərdi xarakteri və yaşayış şəraiti onun davranışına təsir edə bilər.
Samir


