Tarixin 21 oktyabrı...

MARAQLI
10:30 / 21.10.2026
205

Bu gün tarixin vərəqlərində 21 oktyabrdayıq.

Hit.az xəbər verir ki, bu gün sıra tarixi hadisələrlə yadda qalıb.

21 oktyabr bəzi görkəmli şəxslərin doğum günü kimi xatırlanır. Həmçinin, bir çox tarixi şəxsin də vəfatı bu günə təsadüf edir. Onu da qeyd edək ki, bu gün Böyük Britaniyada Alma Günü, Burundidə isə Ndadaye Günü kimi qeyd olunur. Beləliklə, tarixin 21 oktyabrına nəzər salırıq.

21 oktyabrda baş verənlər:
1997-ci ildə “Futbol+” qəzeti ilk dəfə nəşr olunub. 2020-ci ildə İkinci Qarabağ müharibəsi çərçivəsində Azərbaycan Silahlı Qüvvələri Zəngilan rayonunun Mincivan qəsəbəsi və rayonun Babaylı, Üçüncü Ağalı, Sarıl, Xumarlı, Hacallı, Xurama, Cahangirbəyli, Turabad, İçəri Müşlan, Qıraq Müşlan, Məlikli, Üdgün, Baharlı kəndlərini, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Tinli kəndlərini, Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli və Zərgər kəndlərini Ermənistanın işğalından azad edib. 

Həmçinin, 1805-ci ildə Böyük Britaniya və Fransa-İspaniya hərbi dəniz donanmaları arasında məşhur Trafalqar döyüşü baş verib. 1959-cu ildə Nyu-Yorkda Solomon Quqqenhaym muzeyi qapılarını ictimaiyyətə açıb. 1960-cı ildə isə Cənubi Koreya milli futbol komandası Asiya Kubokunu qazanıb.

21 oktyabrda doğulanlar:
1969-cu ildə Milli Qəhrəman, şəhid leytenant Ruslan Polovinko, 1932-ci saz ustadı Aşıq Kamandar, 1932-ci ildə Xalq şairi Xəlil Rza Ulutürk, 1976-cı ildə Xalq artisti, bəstəkar və müğənni Tünzalə Ağayeva və 1980-ci ildə bəstəkar və prodüser İsa Məlikov dünyaya gəlib.

Həmçinin, 1704-cü ildə alman şair İohan Şöneman, 1790-cı ildə fransız şair Alfonso de Lamartini, 1878-ci ildə macar yazıçı Dyula Krudi, 1929-cu ildə amerikalı yazıçı Ursula Kröber Le Quin, 1931-ci ildə hindistanlı aktyor Şammi Kapur, 1942-ci ildə amerikalı iqtisadçı Xristofor Sims, 1945-ci ildə rusiyalı kinorejissor və aktyor Nikita Mixalkov, 1947-ci ildə italiyalı müğənni Rikkardo Folyi, 1949-cu ildə İsrailin Baş naziri Benyamin Netanyahu, 1956-cı ildə amerikalı aktrisa Kerri Fişer, 1959-cu ildə yapon aktyoru Ken Vatanabe və 1981-ci ildə serbiyalı futbolçu Nemanya Vidiç doğulub.

21 oktyabrda vəfat edənlər:
1937-ci ildə şair Əmin Abid Gültəkin, 1980-ci ildə müğənni Nəzakət Məmmədova və 2014-cü ildə alpinist Murad Aşurlı dünyasını dəyişib.

Həmçinin, 1422-ci ildə Fransa kralı VI Çarlz, 1805-ci ildə Böyük Britaniyanın donanma zabiti Horatsio Nelson, 1969-cu ildə amerikalı yazıçı və şair Cek Keruak və 2021-ci ildə fransız yazıçı Jan Verden vəfat edib.

Pərviz

0