Bu tarixlərdə doğulanlar xüsusi xarizması ilə seçilir

MARAQLI
20:59 / 23.10.2026
49

Numerologiyaya görə, bəzi insanlar özünəməxsus xarizması, liderlik xüsusiyyətləri və ətrafındakılara təsir etmək bacarığı ilə fərqlənirlər. Doğum tarixləri müəyyən rəqəmlərlə əlaqələndirilən bu şəxslərin olduğu mühitdə diqqət çəkməyi bacardıqları iddia olunur.

HİT.az xəbər verir ki, bu barədə “Parade” nəşrində dərc olunan materialda bildirilir.

Yazıda ayından asılı olmayaraq, ayın müəyyən günlərində doğulan insanların “baş qəhrəman enerjisi” adlandırılan xüsusiyyətlərə malik ola biləcəyi qeyd edilir. Numerologiyada bu xüsusiyyətlər müstəqillik, yaradıcılıq, azadlıq və romantik baxışlarla əlaqələndirilir.

Ayın 1-i, 10-u, 19-u və 28-də doğulanlar liderlik qabiliyyəti, özünəinamı və müstəqil qərar vermək istəyi ilə fərqləndirilir. Onların başqalarının müəyyən etdiyi qaydalara uyğunlaşmaqdansa, öz yollarını seçməyə üstünlük verdikləri bildirilir. Bu şəxslər hər zaman diqqət mərkəzində olmasalar da, ətrafdakılara təsir göstərə bilirlər.

Ayın 3-ü, 12-si, 21-i və 30-da dünyaya gələnlər isə ünsiyyət bacarıqları, yumor hissi və yaradıcılıqları ilə seçilirlər. Onların adi söhbətləri belə maraqlı edə, insanlarla asanlıqla dil tapa və ətraflarına müsbət enerji bəxş edə bildikləri vurğulanır.

Ayın 5-i, 14-ü və 23-də doğulanlar azadlığa, yeniliklərə və fərqli təcrübələrə meyilli şəxslər kimi xarakterizə olunur. Numerologiyada bu tarixlər dəyişiklik və maraq hissi ilə əlaqələndirilir. Belə insanların rutin həyat tərzindən sıxıldıqları, yeni yerlər kəşf etməyə və gözlənilməz qərarlar verməyə meyilli olduqları iddia edilir.

Ayın 6-sı, 15-i və 24-də anadan olanlar isə romantik düşüncələri, estetik zövqləri və harmoniyaya verdikləri önəmlə fərqləndirilirlər. Onların gündəlik həyatın kiçik detallarından zövq almağı, yaxınlarına xüsusi diqqət göstərməyi və ətraflarında xoş mühit yaratmağı bacardıqları qeyd olunur.

Materialda vurğulanır ki, “baş qəhrəman enerjisi” yalnız diqqət mərkəzində olmaqla məhdudlaşmır. Bu anlayış insanın özünü ifadə etməsi, münasibətlərə yanaşması və həyata fərqli baxışı ilə də əlaqələndirilir.

Samir
 

0