Ziya Bünyadov prospektində daha bir qəza: Tıxac yarandı, avtobuslar gecikir (FOTO)

ÖLKƏ
15:23 / 07.08.2020
1042

Bakının Ziya Bünyadov prospektində “20 yanvar” dairəsi istiqamətində (Atatürk prospekti ilə kəsişmədə körpüyə qalxan hissədə) yol-nəqliyyat hadisəsi baş verib. Hazırda hadisə baş verən hissəyədək sıxlıq müşahidə olunur.

Bu barədə HİT.Az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

“Məlumat üçün bildiririk ki, sıxlıq səbəbindən hərəkət sxemi həmin ərazidən keçən 5 müntəzəm və 1 ekspres xətt üzrə avtobusların hərəkət intervalında gecikmələr yaranıb. Bu kimi hallar öz növbəsində qarşıdakı dayanacaq məntəqələrində o cümlədən avtobuslarda sıxlıqların yaranmasına səbəb olur”, - BNA bəyan edib.

0