İş axtaranlar, DİQQƏT! - "BakuBus" sürücü axtarır

ÖLKƏ
17:10 / 07.08.2020
725

Bakı Nəqliyyat Agentliyinin tabeliyində “Bakubus” MMC sürücü vəzifəsi üzrə işə qəbul elan edir.

Agentlikdən HİT.Az-a verilən məlumata görə, “D” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 23-dən az və 65-dən çox olmayan və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi 5 ildən az olmayan) sürücülər "BakuBus" MMC-yə müraciət edə bilərlər.

Tələblərə uyğun şəxslər [email protected] elektron poçt ünvanına CV göndərə bilərlər. Həmçinin, işə qəbul barədə (012) 404-11-10 nömrəli telefona zəng edərək ətraflı məlumat almaq olar.

Fəaliyyətini tam olaraq qanunvericiliyin tələblərinə uyğun qurmaqla sərnişindaşıma sektorunda bir nümunə olan "BakuBus" MMC-də sürücü kimi çalışmağın bir sıra üstünlükləri vardır.Belə ki;

Əmək müqaviləsi əsasında işə qəbul;

2 növbəli, 8 saatlıq iş rejimi;

Vaxtı-vaxtında aylıq əmək haqqı ilə təminat (sürücülər 800 manat);

Gələcək pensiya təminatı;

Vaxtaşırı mükafatların verilməsi (əmək fəaliyyətində fərqlənməyə və yubileylərə görə);

Sosial sığorta ödənişlərinin ödənilməsinin təmin edilməsi;

İl ərzində əmək məzuniyyətindən istifadə olunması;

Sanatoriyalara göndərişlərin verilməsi;

Xəstəlik müddətində xəstəlik müavinəti ilə təminat;

Xüsusi geyim forması ilə təminat.

0