"Nə uğur varsa, dövlətin milyardlarla manat ianəsi hesabına reallaşıb" - Politoloq

ÖLKƏ
12:19 / 11.08.2020
895

"Prezident son çıxışında dövlət şirkətlərini sərt tənqid etdikdən, həmin şirkətlərin dövlətə ağır yük olduğunu və heç bir gəlir gətirmədiyini söylədikdən sonra adı çəkilən şirkətlərin rəhbərləri ard-arda geniş kollegiya iclasları keçirməyə başladılar. Keçirilən iclasların mexanizmlərinin eyni olduğunu müşahidə etdim".

HİT.Az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu sosial şəbəkə hesabında yazıb. O bildirib ki, dövlət şirkətinin rəhbəri əvvəlcə rəhbəri olduğu sahənin qazandığı uğurlarından, həyata keçirdiyi böyük layihələrdən ağız dolusu danışır və bununla sanki prezidentə mesaj yollayır ki, “axı biz az iş görməmişik”, sonra isə belə bir cümləni əlavə etmək məcburiyyətində qalır ki, prezident tənqidində haqlıdır və əyir-əskikləri düzətlmək lazımdır.

"Birincisi, prezident son çıxışında həmin şirkətlərin uğurlarından danışmadı, nə uğur varsa, o dövlətin milyardlarla manat ianəsi hesabına reallaşıb, əvəzində həmin şirkətlər dövlətə heç bir gəlir gətirməyiblər, dövlət büdcəsini sovurmaqda davam edirlər. Şirkət rəhbərləri bunun nəyini uğur adlandırırlar?"

0