İqtisadiyyat naziri Mikayıl Cabbarovun əmri ilə Allahverdi Paşayev İqtisadiyyat Nazirliyinin Aparat rəhbərinin müavini təyin edilib.
HİT.Az-ın məlumatına görə, Allahverdi Paşayev ixtisasca hüquqşünasdır. Əmək fəaliyyətinə 2008-ci ildə İqtisadi İnkişaf Nazirliyində başlayıb, müxtəlif vəzifələrdə çalışıb. 2018-ci ilin may ayından yeni vəzifəyə təyin edilənədək isə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru olub.