Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat - Vəzifəli şəxslər saxlanıldı (Yenilənib)

13:39 / 19.08.2020
2607

Baş Prokurorluq Kürdəmir rayon İcra Hakimiyyətində keçirilən əməliyyata münasibət bildirib. 

Mətbuat Xidmətindən  HİT.Az-a verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilməsi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

***

Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilir.

HİT.Az APA-ya istinadla bildirir ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat vətəndaşlardan daxil olan şikayətlər əsasında aparılır.

RİH-in azı 5 vəzifəli əməkdaşı saxlanılıb.

2