Azərbaycanda tarix müəllimi evində öldürüldü

ÖLKƏ
09:12 / 29.08.2020
843

Gəncədə müəllim amansızlıqla qətlə yetirilib.

HİT.Az-ın məlumatına görə, hadisə M.Gəncəvi küçəsində qeydə alınıb.

Sözügedən küçədə yaşayan Dəmirov Yusif Fərhad  oğlu evdə bıçaqla qətlə yetirilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisənin baş verməsi səbəbləri və qətlin kim tərəfindən törədildiyi araşdırılır.

Qeyd edək ki, qətlə yetirilən şəxs Gəncə Tibb Kollecinin “Azərbaycan tarixi“ müəllimidir.

0