Goranboyda maşın ağaca çırpıldı: ölən var

ÖLKƏ
09:43 / 29.08.2020
568

Goranboy rayonunun Dəliməmmədli kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “VAZ” markalı minik avtomobili ağaca çırpılıb.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb edilib.

Qeyd olunub ki, sıxılı vəziyyətdə qalan 1991-ci il təvəllüdlü Musayev Məhərrəm İkram oğlunun meyiti deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

0