Azərbaycana qrip əleyhinə vaksinlər gətiriləcək

ÖLKƏ
11:27 / 29.08.2020
642

“Dünyada son statistika heç də ürəkaçan deyil. Avropa ölkələrində yoluxma halları artır. Azərbaycandakı hazırkı vəziyyət isə bizi sevindirir”. 

Bunu Operativ Qərargahın bu gün keçirilən brifinqdə TƏBİB İdarə Heyəti yanında tibbi-elmi komitəsinin sədri Akif Qurbanov deyib.

O qeyd edib ki, bugünkü vəziyyət arxayınlaşdırmamalıdır: “Bizdə mərhələylə yumşalma tədbirləri həyata keçirilir. Qarşıdan payız mövsümü gəlir. Qrip və ona bənzər xəstəliklərin sayı artır. Hazırkı qorunma digər xəstəliklərdən bizi qoruya bilər. Dövlət səviyyəsində mövsümü qrip əleyhinə vaksinlərin alınmasına hazırlıq gedir. Yaxın 1-2 ay ərzində bu vaksinlərin ölkəyə gətiriləcək”.

 

0
Qafqazinfo.az