“Təkcə bir raketlə bütün küçə dağılıb” - “Rossiya 1” Gəncədə (VİDEO)

09:50 / 06.10.2020
1145

Rusiyanın “Rossiya 1” dövlət telekanalı Azərbaycanın ikinci ən böyük şəhəri Gəncənin oktyabrın 4-də Ermənistan ərazisindən atəşə tutulması barədə reportaj hazırlayıb.

Reportajda atəşin səbəb olduğu dağıntılar və itkilər işıqlandırılıb.

“Arxamda təkcə bir raketin necə dağıntılara səbəb olduğunu görə bilərsiniz, demək olar ki, bütün küçə dağılıb”,-deyə telekanalın bölgə müxbiri Fuad Bayramov qeyd edib.

Həmçinin bildirilib ki, zərbə nəticəsində 1 nəfər mülki şəxs həlak olub, 32 nəfər yaralanıb.

 

2
Qafqazinfo.az