NATO üzvü ölkələr 7–8 iyul tarixlərində Türkiyənin Ankarada keçirilməsi planlaşdırılan sammit öncəsi Ukraynaya yardımla bağlı ortaq bəyanat üzərində razılığa gəlməkdə çətinlik çəkirlər.
HİT.az xəbər verir ki, "Bloomberg" agentliyinin məlumatına görə, müzakirələr əsasən Ukraynaya maliyyə və hərbi yardımın müddəti və həcmi ilə bağlıdır.
Məlumatda qeyd olunur ki, İtaliya digər NATO ölkələrindən fərqli olaraq, yekun bəyanatda Ukraynaya yardımın 2027-ci ilə qədər davam etməsinə dair konkret müddəaların yumşaldılmasını istəyir.
Diplomatik mənbələr bildirir ki, ilkin layihədə NATO müttəfiqlərinin 2026–2027-ci illərdə Ukraynaya ümumilikdə 70 milyard avro yardım göstərməsi nəzərdə tutulur. Bu rəqəm əvvəlki illərdə elan edilən illik 40 milyard avroluq öhdəlik və Avropa İttifaqından kreditlər hesabına əlavə 30 milyard avro vəsaiti əhatə edir.
Yeni bəyanatın əvvəlki sammit sənədlərindən fərqli olaraq Ukraynaya maliyyə yardımına konkret istinad ehtiva etməsi planlaşdırılır.
İtaliya tərəfi isə bəyanatda 2027-ci il tarixinin qeyd olunmasının Moskva ilə diplomatik proseslərə mənfi təsir göstərə biləcəyini əsas gətirərək bu hissənin çıxarılmasını təklif edir.
Bununla belə, diplomatik mənbələr hesab edir ki, Roma yekun konsensusun pozulmasına səbəb olacaq addım atmayacaq və ümumi yardım öhdəliyinə dəstək qalacaq.
ABŞ Polşaya Rusiyanın ölkə ərazisində mümkün hərbi təxribat hazırlığı ilə bağlı kəşfiyyat məlumatları ötürüb. Məqsədin NATO-nun kollektiv cavab mexanizminin yoxlanılması ola biləcəyi bildirilir.
Məlumatı Polşanın "Onet" nəşri və "The Telegraph" ABŞ və Polşa təhlükəsizlik dairələrinə yaxın mənbələrə istinadən yayıb.
Bildirilir ki, mümkün ssenarilər arasında pilotsuz uçuş aparatları və ya raketlərlə Polşanın kritik infrastrukturuna zərbələr, həmçinin sərhəd bölgəsində məhdud miqyaslı quru əməliyyatları yer alır.
Təhlükəsizlik qurumları Rusiyanın və ya Belarusun hərbçilərinin Polşa ərazisinə qısa müddətli daxil olması və ya texniki nasazlıq və GPS xətası kimi təqdim edilə biləcək sərhəd pozuntuları ssenarisini də istisna etmir.
Mənbələrin məlumatına görə, Moskva belə bir vəziyyətdə hadisəni "təsadüfi keçid" və ya "xilasetmə əməliyyatı" kimi təqdim edə bilər.
Polşa təhlükəsizlik strukturlarından olan mənbələr qeyd edir ki, Rusiyanın məqsədi NATO ölkələrini dərhal hərbi cavab vermək əvəzinə diplomatik danışıqlara məcbur etmək ola bilər.
Eyni zamanda bildirilir ki, belə bir gərginlik fonunda Qərbin Ukraynaya dəstəyinin zəiflədilməsi Rusiya üçün mümkün danışıqlar şərti kimi irəli sürülə bilər.
Bəzi NATO ölkələrindəki təhlükəsizlik mənbələri Baltik regionunda da oxşar təxribat riskinin mövcud olduğunu istisna etmir.
Məlumatlarda həmçinin Rusiyada pilotsuz uçuş aparatları ilə bağlı keçirilən hərbi hazırlıq tədbirlərinin genişləndirildiyi və gələcəkdə NATO ilə mümkün genişmiqyaslı qarşıdurmaya hazırlıq kimi qiymətləndirildiyi qeyd olunur.
Ukrayna tərəfi dəfələrlə bəyan edib ki, Rusiya ilə mümkün sülh razılaşmasından sonra yüz minlərlə hərbçinin azad qalması Avropanın digər ölkələri üçün risk yarada bilər.
Samir


