Tarixin 3 iyulu...

MARAQLI
16:00 / 03.07.2026
109

Bu gün tarixin vərəqlərində 3 iyuldayıq.

Hit.az bildirir ki, bu gün də ölkə və dünya tarixində bir sıra mühüm hadisələr baş verib.

İlk olaraq vurğulayaq ki, 1985-ci ilin 3 iyulunda Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyinin (IDEA) təsisçisi və sədri Leyla Əliyeva dünyaya gəlib. 

3 iyulda baş verənlər:
1994-cü ildə Bakı metropolitenində terror aktı baş verib. 2018-ci ildə Mingəçevir şəhərində fəaliyyət göstərən Azərbaycan İstilik Elektrik Stansiyasının 6-cı enerji blokunda partlayış nəticəsində Azərbaycanda işıq problemi yaşanıb. 1944-cü ildə İkinci Dünya müharibəsi zamanı Minsk almanların əlindən geri alınıb. 1890-cı ildə Aydaho ABŞ-nin 43-cü ştatı olub. 

3 iyulda doğulanlar:
1976-cı ildə Milli Qəhrəman, şəhid Samir Zülfüqarov, 1940-cı ildə Xalq artisti, pianoçu Zöhrab Adıgözəlzadə, 1959-cu ildə aktyor Ramiz Sərkərov və 1989-cu ildə müğənni Aysel Məmmədova dünyaya gəlib.

Həmçinin,1883-cü ildə bohemiyalı yazıçı Frans Kafka, 1962-ci ildə amerikalı aktyor Tom Kruz, 1964-cü ildə rus aktyor Aleksey Serebryakov və 1978-ci ildə özbəkistanlı diplomat Lalə Kərimova doğulub.

3 iyulda vəfat edənlər:
1992-ci ildə Milli Qəhrəman Koroğlu Rəhimov Birinci Qarabağ müharibəsi zamanı şəhid olub. 

1938-ci ildə Azərbaycan tarixinin ilk qadın naziri Ayna Sultanova, 1640-cı ildə italiyalı rəssam Cuzeppe Çezari, 1642-ci ildə Fransa kraliçası Mariya Mediçi, 1903-cü ildə ABŞ birinci xanımı Harriet Leyn, 1918-ci ildə Osmanlı sultanı V Mehmed,1971-ci ildə amerikalı müğənni Cim Morrison, 2000-ci ildə türkiyəli komediya ustası, aktyor Kamal Sunal, 2015-ci ildə macarıstanlı dövlət xadimi Dyörd Sabad və 2025-ci ildə portuqaliyalı futbolçu Dioqo Jota vəfat edib. 

Pərviz

0