Erməni təxribatı: 27 mülki şəxsi qətlə yetirilib, 141 nəfər yaralanıb

ÖLKƏ
10:40 / 06.10.2020
495

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən HİT.Az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 27 mülki şəxsi qətlə yetiririlib, 141 nəfəri isə yaralanıb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 63, yaşayış evlərinin sayı isə 376-dır.

0