Evində oturan insanın üzərinə bomba atarlar?  – Mina Qriqoryan dəhşətli

ÖLKƏ
11:13 / 06.10.2020
1134

“Nəvələrim və övladlarımla nahar edirdik. Evimizə bomba atdılar. Evimiz uçdu, torpaq altında qaldım. Üzümə şüşə və daş parçaları dəydi, ağzım torpaqla doldu. Kömək istəyəcəkdim, amma ağzıma torpaq dolduğu üçün səsim çıxmadı, qışqıra bilmədim”. 

Bu sözləri Gəncədə yaşayan erməni əsilli Azərbaycan vətəndaşı Mina Qriqoryan Türkiyənin nüfuzlu nəşri “Hürriyyət” qəzetinə Ermənistan silahlı qüvvələrinin Gəncəni bombalaması zamanı yaşadığı dəhşəti danışarkən deyib.  

Mina Qriqoryan əlavə edib ki, onu azərbaycanlı qonşuları xilas edib. “Torpağın altından əlimi çıxarıb yelləyərək yardım istədim. Azərbaycanlı qonşular əlimi görüb məni torpağın altından çıxararaq xəstəxanaya yerləşdirdirlər. Evində oturan insanın üzərinə bomba atarlar? Biz məsum insanlardan nə istəyirlər, bomba ilə vururlar. Bu, vicdana sığmır. 77 yaşım var, 2 ay sonra 78 olacaq. 78 yaşımı görmədən öldürəcəkdilər”, - deyə erməni əsilli Azərbaycan vətəndaşı bildirib.

Sentyabrın 27-dən etibarən Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq əks-hücum əməliyyatına başlayıb. Azərbaycan Ordusunun uğurlu əməliyyatı rəsmi İrəvanda isterikaya səbəb olub. Ermənistan məlubiyyətini pərdələmək, eyni zamanda münaqişənin miqyasını böyütmək üçün Qarabağa aid olmayan Azərbaycan ərazilərini, o cümlədən Gəncəni hədəfə alıb.

3
yenisabah.az