Prezidentin köməkçisi yaralı 10 aylıq Zəhranın FOTOSUNU paylaşdı

ÖLKƏ
12:05 / 06.10.2020
774

Prezidentin köməkçisi Hikmət Hacıyev oktyabrın 4-də Gəncənin işğalçı Ermənistan ərazisindən atəşə tutulması nəticəsində yaralanan 2019-cu il təvəlüdlü Eyubova Zəhra Xəyyam qızının fotosunu paylaşıb.

HİT.Az xəbər verir ki, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri tvitter hesabında “Gəncə güclüdür” həştəqindən istifadə edərək qeyd edib:

“Nəsillər dəyişir, ancaq Ermənistanın Azərbaycan xalqına qarşı vəhşilikləri bitmir. Ermənistanın Gəncə şəhərinin yaşayış məntəqələrinə raket hücumu nəticəsində bu 10 aylıq qız yaralanıb”.

 

 

2