Baş Prokurorluqdan xəbərdarlıq: Bu, hərbçilərimizin həyati təhlükəsinə səbəb olur

ÖLKƏ
11:38 / 25.10.2020
759

Azərbaycan Respublikasının Baş Prokurorluğu ölkədə olan müharibə vəziyyətini nəzərə alaraq sosial şəbəkə istifadəçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələrinə xəbərdarlıq edib.

Prokurorluğun Mətbuat xidmətindən HİT.Az-a daxil olan məlumatda bildirilir ki, Azərbaycan Ordusunun əməliyyatlarına dair video, foto və informasiyaların çəkilməsi, yayılması və paylaşılması qadağandır.

Qeyd olunub ki, bu tipli hərəkətlər düşmənin informasiya əldə etməsinə şərait yaratmaqla yanaşı, hərbçilərimizin həyati təhlükəsinə səbəb olmaqdır.

Bu kimi hərəkətlərin qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olduğu da xatırladılıb.

0