Ordumuz Xocavənd istiqamətində üstünlüyə malikdir - Müdafiə Nazirliyi

ÖLKƏ
13:55 / 04.11.2020
1203

Cəbhənin cənub sahəsində Azərbaycan Ordusunun guya 3 tankının vurulması barədə Ermənistan tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil və tamamilə yalandır.

HİT.Az xəbər verir ki, bu haqda Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. 

Cəbhənin Xocavənd istiqamətində Azərbaycan Ordusu düşmən üzərində taktiki, atəş və ərazi üstünlüyünə malikdir. Düşmən ordusu mənəvi və psixoloji baxımdan əzilmiş vəziyyətdə olduğu üçün qarşı tərəf mediada bu cür əsassız xəbərlər yaymaq məcburiyyətindədir.

0