Cəbhənin Qubadlı istiqamətində düşmən mövqeləri ataraq qaçdı - RƏSMİ

ÖLKƏ
13:29 / 06.11.2020
1214

Cəbhənin Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun atəş zərbələrinə tab gətirə bilməyən düşmən mövqeləri ataraq qaçıb.

HİT.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Məlum olub ki, Ermənistandan gətirilərək müdafiə zolağına yerləşdirilən 556-cı və 522-ci motoatıcı alayların bölmələri onlara tapşırılan hədlərə çıxmayıb. 

Eyni zamanda şəxsi heyət hazırlıqsız, təcrübəsiz və intizamsız olmaqla yanaşı, verilən əmr və tapşırıqlara da səhlənkar yanaşıb.

0