İlham Əliyevdən generallarla bağlı SƏRƏNCAM

ÖLKƏ
22:00 / 25.12.2020
3164

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

HİT.Az xəbər verir ki, təltif olunan hərbi qulluqçular arasında general-leytenant Hikmət Mirzəyev, general-mayor Mayis Bərxudarov, general-mayor Hikmət Həsənov da olub. 

Qeyd edək ki, Mayis Bərxudarov və Hikmət Həsənov “Xocavəndin azad olunmasına görə” medalı ilə də təltif ediliblər.

Xatırladaq ki, Mayis Bərxudarov həmçinin Cəbrayıl və Zəngilanın azad olunmasına görə də medalla təltif edilib.

1