Bu tarixlərdə doğulan insanlar heç vaxt təslim olmurlar

MARAQLI
23:53 / 20.07.2026
83

Ayın müəyyən günlərində doğulan insanların xüsusi daxili dözümlülüyə malik olduqları və çətinliklər qarşısında geri çəkilmədikləri iddia olunur. Bu fikir numerologiya tərəfdarlarına məxsusdur. Onlar bu xüsusiyyətləri rəqəmlərin simvolik mənaları ilə əlaqələndirirlər.

Hit.az xəbər verir ki, bu barədə "The Times of India" nəşri yazıb.

Qeyd edək ki, numerologiya elmi metodlarla təsdiqlənmiş sahə deyil. Doğum tarixi ilə xarakter xüsusiyyətləri arasında əlaqə olduğunu göstərən etibarlı elmi sübutlar mövcud deyil. Bu səbəbdən belə iddialar daha çox əyləncə xarakteri daşıyır.

Ayın 4, 13, 22 və ya 31-də doğulanlar

Numerologiyada bu tarixlər 4 rəqəmi ilə əlaqələndirilir. Hesab edilir ki, həmin günlərdə doğulan insanlar intizamlı, zəhmətkeş və məqsədlərinə doğru israrla irəliləyən şəxslər olurlar. Onlar çətin işdən çəkinmir və ilk uğursuzluqdan sonra planlarından asanlıqla imtina etmirlər.

Ayın 8, 17 və ya 26-da doğulanlar

Numeroloqların fikrincə, bu tarixlərdə doğulan insanlar yüksək dözümlülükləri ilə seçilirlər. Onlar həyatın çətinliklərini soyuqqanlı şəkildə qarşılayır, səbir göstərməyi bacarır və uğuru daha çox əzmkarlıq sayəsində əldə edirlər.

Ayın 9, 18 və ya 27-də doğulanlar

Bu tarixlərdə doğulan şəxslərə cəsarət, qətiyyət və güclü mübarizə ruhu aid edilir. Numerologiyaya görə, onlar risk etməkdən çəkinmir, çətinlikləri yeni çağırış kimi qəbul edir və uğursuzluqları özlərini inkişaf etdirmək üçün fürsət hesab edirlər.

Təkcə iradə deyil, həm də məsuliyyət

Numerologiya tərəfdarlarının fikrincə, bu tarixlərdə doğulan insanların ümumi xüsusiyyəti uğursuzluqlardan sonra yenidən toparlanmaq və motivasiyalarını itirməmələridir. Bununla belə, həddindən artıq inadkarlıq və hər vəziyyətdə haqlı olduqlarını sübut etmək istəyi bəzən onların düzgün qərarlar qəbul etməsinə mane ola bilər.

Samir

0