Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də, axşam radələrində Almaniya Federativ Respublikasına rəsmi səfərə gəlib.
"Report"un Almaniyaya ezam olunmuş əməkdaşının məlumatına görə, Berlin şəhərinin Brandenburq "Willy Brandt" Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidentini rəsmi şəxslər qarşılayıblar.

