Azərbaycanlı və rusiyalı mütəxəssislər Ağdamın minalardan təmizlənməsi üçün kurslara başladı - FOTO

ÖLKƏ
14:56 / 05.01.2021
888

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin və Rusiyanın Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin əməkdaşları Ağdamın minadan və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatları ilə bağlı birgə hazırlıq kurslarına başlayıb.

Bununla bağlı Ağdamın Quzanlı qəsəbəsində tədbir keçirilib.

45 gün davam edəcək təlimlərdən sonra ilkin olaraq Ağdam rayonunun işğaldan azad olunan ərazilərinin 100 ha hissəsində minadan və partlamamış hərbi sürsatlardan təmizlənmə əməliyyatlarına başlanılacaq.

Bu işlərin təxminən 3 aya yaxın müddət ərzində başa çatacağı planlaşdırılır.

1