ÖLKƏ
11:15 / 06.04.2021
532

MTN generallarını nə qədər həbs gözləyir?

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyev və Hərbi əks-Kəşfiyyat İdarəsinin sabiq rəisi Nizami Şirinovun həbsinin səbəbləri açıqlanıb. 

HİT.Az xəbər verir ki, Baş Prokuroluğun yaydığı məlumatdan aydın olur ki, Mövlan Şıxəliyevlə Nizami Şirinov Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (ağırlaşdırıcı hallarda hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (ağırlaşdırıcı hallarda rüşvət alma), 341.2.1, 341.2.3 (ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui istifadə etmə və vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunur. 

182.3.1, 182.3.2-ci maddələrdə on ildən on beş ilədək müddətə, 294.3-cü maddədə beş ildən yeddi ilədək müddətə, 311.3.2, 311.3.3, 311.3.4-cü maddələrdə səkkiz ildən on iki ilədək müddətə, 341.2.1, 341.2.3-cü maddələrdə isə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. 

Ekspertlər hesab edir ki, bu maddələrlə təqsirləndirilən şəxsləri minimum 15 il azadlıqdan məhrumetmə cəzası gözləyir.

VÜQAR

0