Qubadlıda çaylara farel balıqları buraxıldı

21:33 / 13.04.2021
724

"Həkəri və Bərgüşad çaylarının qovuşduğu hissəyə qızıl xallı farelin buraxılışı həyata keçirilir".

Hit.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qubadlı rayonuna təşkil etdiyi mediatur çərçivədində Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.
Onun sözlərinə görə, çəkisi 30-50 qram olan 1000 ədəd balıq körpəsi çay hövzəsinə buraxılır:
"Qızıl xallı farel yerli şirin su hövzələrinə uyğun olduğu üçün məhz bu balıqların buraxılışı nəzərdə tutulub.

Qeyd edim ki, qızıl xallı farel həm də Azərbaycan Respublikasının “Qırmızı kitab”ına düşmüş növdür. Bu proses bu ərazilərdə həmin növün təbii bərpasına, populyasiyasının çoxalmasına müsbət təsir göstərəcək".

"Bundan əlavə bildirim ki, həm Həkəri, həm də Bərgüşad çaylarında sululuq dərəcəsinin yüksək olması balıqların bu çaylarda  geniş yayılmasına müsbət təsir göstərən amillərdəndir”, - deyə nazirlik rəsmisi qeyd edib.

0