Gecə açıq pəncərə sərinlik kimi görünür, amma əslində evə başqa bir şey buraxır

MARAQLI
20:52 / 21.06.2026
1

Yay aylarında evlərdə temperaturun yüksəlməsi səbəbilə gecə yatmaq çətinləşir və bir çox insan pəncərəni bütün gecə açıq saxlayır. Lakin “bien.hu” yazır ki, gecə havası daha rütubətli ola bildiyi üçün açıq pəncərə evə əlavə nəm daxil olmasına səbəb ola bilər.

HİT.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu vəziyyət yalnız komfortu azaldmır, həm də uzunmüddətli perspektivdə kif yaranmasına şərait yarada bilər. Bu isə sağlamlıq problemlərinə gətirib çıxara bilər.

Niyə pəncərəni bütün gecə açıq saxlamaq məsləhət deyil?

Daimi havalandırma nəticəsində mənzildə rütubət arta bilər. Yüksək rütubət kif göbələklərinin və toz gənələrinin çoxalmasına səbəb olur ki, bu da allergiya, tənəffüs problemləri və hətta astma riskini artırır.

Bundan başqa, açıq pəncərə vasitəsilə evə daha çox toz, polen və həşəratlar daxil olur.

“Gecə temperaturu gündüzdən aşağı olsa da, şəhərlərdə istilik adası effekti səbəbilə hava gecə də kifayət qədər isti qala bilər. Ona görə də bu, otaq temperaturuna ciddi təsir göstərməyə bilər”, deyə materialda qeyd olunur.

Samir
 

0