ÖLKƏ
20:15 / 17.04.2021
178

Füzulidə daha bir erməni əsgərin cəsədinin qalıqları tapıldı

Aprelin 17-də işğaldan azad edilmiş Füzuli rayonu ərazisində aparılan axtarış işləri zamanı daha bir erməni əsgərin cəsədinin qalıqları tapılıb.

HİT.az xəbər verir ki, cəsəd əvvəlcə Xankəndiyə aparılıb. Oradan isə şəxsiyyətini müəyyənləşdirmək üçün Ermənistana çatdırılacaq.

Beləliklə, döyüş əməliyyatları bitdikdən sonra - 10 noyabr 2020-ci il tarixdən bu günə qədər Qarabağın Azərbaycanın nəzarətinə keçən ərazilərində 1543 erməni cəsədi tapılıb və ya Ermənistan tərəfinə verilib.

0