Bakıda doqquzmərtəbəli binada yanğın oldu

ÖLKƏ
22:42 / 03.06.2021
827

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Hit.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 60 m² olan 2 otaqlı mənzildə 1 ədəd çarpayı və yataq dəsti qismən yanıb.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

0