“Taşacak Bu Deniz”də nə baş verir? – 2 NƏFƏR AYRILDI

MARAQLI
10:45 / 22.06.2026
265

Türkiyənin “TRT1” telekanalının reytinqləri alt-üst edən serialı “Taşacak Bu Deniz”lə bağlı sürpriz xəbərlər yayılmağa davam edir.

Hit.az xəbər verir ki, yeni mövsüm öncəsi 2 məşhur layihədən ayrılıb.

İlk olaraq ekran işində “Gezep” obrazına həyat verən Onur Dilber ayrılığı açıqlayıb. O, ayrılıq qərarını təəccüb içində öyrəndiyini deyib:


““Taşacak Bu Deniz” serialında sevərək oynadığım “Gezep”in yeni mövsümdə olmayacağını təəccüb və məyusluq içində öyrəndim. Yaşadığım bu vəziyyətə məna verə bilmədiyimi və dərindən məyus olduğumu bilməyinizi istəyirəm. Əslində, deyiləcək çox söz var, vaxtı gələndə deyərik inşallah. Yeni və daha gözəl hekayələrdə, yeni obrazlarla görüşmək ümidilə”.

Onun ayrılığı izləyicilər arasında şok effekti yaradıb. Aktyor özü də qərardan razı qalmadığını sosial şəbəkə paylaşımlarında açıq şəkildə göstərib. Lakin bir neçə gün sonra ikinci ayrılıq xəbəri də gəlib.

Bu dəfə serialda “Melina” obrazına həyat verən Gerçek Alnıaçıkla yollar ayrılıb. Aktrisa sosial şəbəkə hesabından vida paylaşımı edib:


“9 bölüm olaraq başlayan bu hekayə fasilələrlə mövsümün sonuna qədər davam etdi. Hər kəsə çox təşəkkür edirəm. Yenə yeni bir macərada görüşənədək, sağ olun”.

Qeyd edək ki, “Taşacak Bu Deniz”in 1 həftədə 2 nəfərlə yollarını ayrıması diqqət çəkir. İzləyicilərin bir qismi isə qərarların yanlış olduğunu deyərək etiraz rəyləri yazırlar. Yeni mövsümə qədər başqa vidaların olub-olmayacağı isə maraqla gözlənilir.

Aslan

0