Numan Kurtulmuş Azərbaycana gəldi

ÖLKƏ
19:04 / 23.06.2026
145

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun Azərbaycanda səfəri başlayıb.

Hit.az xəbər verir ki, bu barədə TBMM-nin “X” sosial şəbəkə hesabında məlumat yayılıb.

“Onu müşayiət edən parlament heyəti Azərbaycan Milli Məclisinin ev sahibliyi ilə təşkil ediləcək İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının (İƏTPİ) 20-ci Konfransında iştirak etmək üçün getdiyi Azərbaycanın paytaxtı Bakıya çatıb”, – məlumatda bildirilib.

Qeyd olunub ki, onu Azərbaycan Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədri Əhliman Əmiraslanov, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Anar Məmmədov və Türkiyənin Bakıdakı səfiri Birol Akgün qarşılayıb.

0