Tarixin 24 iyunu...

MARAQLI
16:00 / 24.06.2026
163

Bu gün tarixin vərəqlərində 24 iyundayıq.

Hit.az bildirir ki, bu gün ölkəmizdə və dünyada bir sıra mühüm hadisələr yaşanıb.

Həmçinin, 24 iyun bir çox tarixi şəxsiyyətin doğum günüdür. Eyni zamanda, çox sayda görkəmli şəxsiyyət də məhz bu gün aramızdan ayrılıb. Beləliklə, tarixin 24 iyununa nəzər salırıq...

24 iyunda baş verənlər:
2013-cü ildə Bakıda Fairmont Baku hoteli açılıb. 2021-ci ildə Xocavənd rayonunun Hadrut qəsəbəsində “Dəmir yumruq” abidəsinin açılışı olub. 1910-cu ildə Milan şəhərində Alfa Romeo avtomobil istehsalçısı təsis edilib. 1948-ci ildə Sovet İttifaqı Qərbi Almaniya ilə Qərbi Berlin arasında quruda səyahəti qeyri-mümkün edib və Berlin böhranı başlayıb. 2007-ci ildə ABŞ milli futbol komandası KONKAKAF Qızıl Kubokunu qazanıb.

24 iyunda doğulanlar:
1953-cü ildə Milli Qəhrəman, Xocalı soyqırımı şəhidi Əlif Hacıyev, 1975-ci ildə Milli Qəhrəman, şəhid Dilqəm Nağıyev və 1938-ci ildə Azərbaycanın 2-ci prezidenti Əbülfəz Elçibəy dünyaya gəlib.

Həmçinin, 1838-ci ildə alman iqtisadçı Qustav fon Şmoller, 1912-ci ildə rus aktyor Sergey Filippov, 1929-cu ildə amerikalı astronom Karolin Şumeyker, 1978-ci ildə yapon futbolçu Şunsuke Nakamura, 1987-ci ildə argentinalı ulduz futbolçu Lionel Messi və 1992-ci ildə avstriyalı futbolçu David Alaba doğulub.

24 iyunda vəfat edənlər:
1992-ci ildə Əməkdar incəsənət xadimi, rəssam Cavad Mircavadov, 1908-ci ildə ABŞ-nin 22 və 24-cü prezidenti Qrover Klivlend, 1989-cu ildə yapon müğənni Hibari Misora, 1991-ci ildə meksikalı rəssam Rufino Tamayo və 2014-cü ildə rus aktyor Eli Vallax vəfat edib.

Pərviz

0