Özgə uşağı olmur - Uşaq sığınacağında terapiya (FOTO, VİDEO)

ÖLKƏ
12:31 / 16.06.2021
1395

Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi, Azərbaycan Uşaqlar Birliyi - Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin uşaqları ilə görüşüb.

Birliyin sədri Sevinc Fədai, Qadın departamentinin rəhbəri Nigar Sultanlı, Uşaq departamentinin rəhbəri Nərmin Veysəlova və psixoloq, NLP master Rübabə Mərdanova uşaqların asudə vaxtlarını səmərəli keçirməsi üçün çalışıb, onlarla proyektiv metodika (rəsm və oyun terapiya) aparılıb.

HİT.Az xəbər verir ki, Birlik, həmçinin uşaqların təhsil, bilik və bacarıq səviyyələrini öyrənib, bu istiqamətdə aparacağı işləri Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə ilə müzakirə edib. 20 iyundan etibarən Mərkəzdəki daha əvvəl təhsildən yayındırılan qız uşaqlarına Birlik tərəfindən təlim və məşğələlərin keçirilməsinə start veriləcək. 

Sığınacaqda uşaqların sevincinə səbəb olan oyunlar oynanılıb, geyim və zəkanı inkişaf etdirən oyuncaqlar hədiyyə edilib. 

0