Dünyanın ən güclü Android smartfonları açıqlandı

TEXNO
20:59 / 02.11.2026
106

“AnTuTu” bençmark platforması 2026-cı ilin oktyabr ayı üzrə ən yüksək performans göstərən Android smartfonlarının reytinqini açıqlayıb. Siyahının ilk iki pilləsində “Honor Win 2” və “Red Magic 12 Pro+” qərarlaşıb. Maraqlıdır ki, bu modellərin test nəticələri arasında cəmi 1493 xal fərq qeydə alınıb.

HİT.az xəbər verir ki, reytinqdə birinci yeri 4 milyon 958 min 339 xal toplayan “Honor Win 2” tutub. 4 milyon 956 min 846 xal əldə edən “Red Magic 12 Pro+” isə ikinci olub. Hər iki cihaz “Snapdragon 8 Elite Extreme Gen 6” prosessoru ilə təchiz edilib.

Smartfonlar arasındakı əsas fərqlərdən biri soyutma sistemindədir. “Honor Win 2” prosessorun istiliyini uzaqlaşdırmaq üçün iki hava kanalından istifadə edir. Onlardan biri birbaşa mərkəzi prosessora yönəlib, digəri isə buxar kamerası ilə əlaqələndirilib. “Red Magic 12 Pro+” modelində isə əlavə ventilyator əvəzinə ikikonturlu maye soyutma sistemi tətbiq olunub.

Üçüncü pillədə eyni prosessorla çalışan “iQOO 16” qərarlaşıb. Model oyun həvəskarları üçün 165 Hz yenilənmə tezliyinə malik ekran və istehsalçının özünün hazırladığı Q4 oyun çipi ilə təchiz edilib.

Reytinqin ilk onluğuna, həmçinin “Xiaomi 18 Fold”, “OnePlus 16”, “Honor Magic 9 Pro Max”, “Vivo X500 Pro Max”, “Oppo Find X10 Pro Max”, “Honor Win RT 2” və “iQOO 15 Ultra” daxil olub.

“AnTuTu” orta qiymət seqmentindəki smartfonlar üzrə də ayrıca siyahı hazırlayıb. Bu kateqoriyada ilk onluğun bütün mövqelərini “MediaTek” prosessorları ilə işləyən modellər tutub.

Qeyd edək ki, “AnTuTu” reytinqi cihazların sintetik testlərdəki məhsuldarlığını ölçür. Bu göstəricilər smartfonların real istifadədəki bütün xüsusiyyətlərini və oyun performansını tam əks etdirməyə bilər.

Samir

0