ÖLKƏ
13:48 / 14.09.2021
783

Prezident iki rayona icra başçısı təyin etdi - SƏRƏNCAM

Prezident İlham Əliyev Rafiq Cəlilovun Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

HİT.az xəbər verir ki, Rafiq Əsgər oğlu Cəlilov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezident İlham Əliyevin digər sərəncamı ilə Rafiq Cəlilov Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsindən azad edilib.
 
Prezidentin digər sərəncamı ilə Rəşad Ənvər oğlu Tağıyev Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

1