ÖLKƏ
19:10 / 15.09.2021
213

Uşaqlar koronavirusu necə keçirir? - AÇIQLAMA

Uşaqlar koronavirus infeksiyasını yüngül keçirir.

HİT.az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

O bildirib ki, uşaqlar arasında xəstəxanaya yerləşdirilmə hallarına az rast gəlinir:

"Təəssüflər olsun ki, bəzi uşaqlarda yoluxmadan sonra müəyyən sindrom əmələ gəlir.

Buna rast gəlirik. Nəzərə alsaq ki, məktəblər açılır və 18 yaşdan yuxarı şəxslər vaksinasiya olunur, deməli məktəblilərin böyük hissəsi peyvənd olunmayanlardır.

Onların virusu evə daşıma riski yüksəkdir. Buna görə, uşaqların xəstəliyə yoluxmaması üçün bütün tədbirləri görməliyik".

0