DTX-nin axtardığı 10 nəfər kimdir? - FOTOLAR 

ÖLKƏ
14:14 / 25.10.2021
1790
Azərbaycanda cinayət törədən şəxslər istintaqdan yayındıqda hadisənin motivi və təhlükəlilik dərəcəsinə görə hüquq-mühafizə orqanlarının fərqli qurumları tərəfindən axtarışa verilir. Buna, həmçinin istintaqı hansı orqanın aparması da təsir edir. Ölkə xaricinə çıxan və xüsusi təhlükəli şəxslər qırmızı bülletenlə "İnterpol" vasitəsilə axtarışa verilir. ELə onlar qədər də təhlükəli olan bəzi cinayətkarları Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti axtarışa verib.
 
"Kriminalqafqaz"  DTX-də İstintaq İdarəsi tərəfindən cinayət işi başladılan, istintaqı hələ də davam etdirən və istintaqdan yayınmağı bacaran şəxslərin siyahısı əsasında məqalə hazırlayıb. Məlumata əsasən, hazırda 10 nəfər DTX tərəfindən axtarılır. 
 
Həmin şəxsləri və törətdikləri cinayətləri sizə təqdim edirik:
 
Andrey Zaborski, 53 yaş, ukraynalı, oğurluq, kompyuter sistemlərinə qanunsuz müdaxilə
 
 
Xətayi Əliyev Balaşa oğlu, 30 yaş, oğurluq, kompyuter sistemlərinə qanunsuz müdaxilə
 
 
Oleq Kazanqiu, 40 yaş, moldovalı, oğurluq, kompyuter sistemlərinə qanunsuz müdaxilə
 
 
İqor Velikoqlo, 39 yaş, doğum yeri Moldova, oğurluq və kompyuter sistemlərinə müdaxilə 
 
 
Elçin Zakir oğlu Camalov, 33 yaş, doğum yeri Azərbaycan, xüsusi amansızlıqla qəsdən adam öldürmə, qanunsuz olaraq odlu silahdan istifadə etmək, həyat və sağlamlıq üçün zor tətbiq etmə, qanunsuz silahlı qruplaşmaları yaratma
 
 
Rövşən Rasim oğlu Məmmədli, 32 yaş, doğum yeri Bakı, milliyəti azərbaycanlı, sülh və insanlıq əleylinə olan cinayətlər, insan alveri, müharibə cinayətləri, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, banditizm
 
 
Elnur Şəmsəddin oğlu Cəfərov, 43 yaş, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, banditizm
 
 
Ruhin Nizami oğlu Nuriyev, 44 yaş, doğum yeri Şamaxı, silahlı birləşmələr və qruplar yaratma
 
 
Babək Zəkəryə oğlu Həmzəyev, 37 yaş, doğum yeri Qax rayonu, silahlı birləşmələr və qruplar yaratma
 

0