20:10 / 25.10.2021
214

\"Regionda düşmənçilik atmosferini aradan qaldırmalıyıq\" - Paşinyan

Cənubi Qafqaz regionunda iqtisadi və nəqliyyat infrastrukturunun açılması Ermənistan iqtisadiyyatının məzmun və keyfiyyət baxımından inkişafına müsbət təsir göstərəcək.

Hit.az xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan ölkə parlamentindəki çıxışı zamanı söyləyib. Onun sözlərinə görə, bölgədə sabitlik və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi vacibdir:

“Düşünürəm ki, Cənubi Qafqaz regionunda düşmənçilik atmosferini aradan qaldırmalıyıq. Bu, regional inkişafın yeganə yoludur. Düşmənçilik atmosferinin aradan qaldırılması regional iqtisadi və nəqliyyat infrastrukturunu blokadadan çıxaracaq. Bu, eyni zamanda, Ermənistanın daxili infrastrukturunun yaxşılaşmasına əlavə stimul olacaq, iqtisadiyyatın inklüziv və uzunmüddətli inkişafına, vətəndaşların iqtisadi fəallığının artırılmağa bərabər şərait yaradılmasına təkan verəcək”.

0