Nazir Teymur Əhmədovu vəzifəsindən azad etdi

11:42 / 28.03.2022
2689

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini işdən çıxarılıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Təhsil naziri Emin Əmrullayevin əmri ilə Teymur Qoşqar oğlu Əhmədov  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsindən azad edilib. 

Qeyd edək ki, Teymur Əhmədov başqa işə keçmək üçün öz ərizəsi ilə vəzifəsindən çıxarılıb.

0