Ramazan ayında qidalanma rejimi necə olmalıdır? - Professor 

14:58 / 02.04.2022
757

"Oruclüq dövrü bütövlükdə bir pəhrizdir. Orqanizmdən zərərli maddələrin xaric edilməsinə hesablanan bir prosedurdur".

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyib. Professor hesab edir ki, Ramazan ayında insanlar qida qəbulunun intensivliyini azaltmalıdırlar:

"Az qidalanmaya keçməli və vitaminli qida rejiminə əməl etməlidirlər. Meyvəyə üstünlük verməlidirlər. Bütün gecəni yeyən adam səhər tezdən oruc tutursa, bu düzgün olmur, həmin günü oruc tutmaq çətin olur. Ona görə də buna insanlar ilk öncə psixoloyi hazır olmalıdırlar”.

Professor Ramazan ayında qidalanma rejiminin necə olacağını açıqlayıb:

"İftar və imsaq saatları var. İmsaq aclığa başlayan, qida və su qəbulunun dayanması dövrüdür. Bu zaman heç bir qida qəbul olunmur. Ancaq həyati vacib hallarda bəzi yardımlar göstərilə bilər. Təbii ki, ortada belə təhlükə yaranarsa. Oruc tutmaq üçün ilk növbədə insanların praktiki sağlamlığı yerində olmalıdır. Şəkərli diabet, yanaşı ağır xəstəliyi olan xəstələr oruc tuta bilməzlər. İftar vaxtı su və xurma, yaxud da mədəyə ilıq su qəbul edilməlidir. Ən əsas məsələ ondan sonra qida qəbulu həyata keçirilir, amma bu hissə-hissə olmalıdır”. 

0