"Hərdən öz-özümə sual verirəm ki, bunları mənmi yetişdirmişəm?" - MÜSAHİBƏ

ÖLKƏ
09:00 / 20.12.2022
8488

"Şagirdlərimin çoxu yüksək yerlərdədir. Biri Çində İngilis Dili müəllimi kimi fəaliyyət göstərir".

Bunu Hit.Az-a müsahibəsində "Miracle Academy" Tədris Mərkəzinin İngilis Dili müəllimi Mirvari Rüstəmova deyib.

Müsahibimin bütün nəticələrindən xəbərdaram. Amma buna baxmayaraq Mirvari xanım müsahibə əsnasında bacardığı qədər sadələyini qorumağa çalışdı. Demək olar ki, ölkədə ən yaxşı İngilis dili müəllimidir. Qonağımın öyrətmə bacarığı çox yüksək inkişaf edib. Bu isə da şagirdlərinin bir neçəsi ilə həmsöhbət olduqdan sonra bəlli olur. 

- Mirvari xanım, bildiyimiz kimi sizin iki ali təhsiliniz var. İstərdim elə təhsil aldığınız universitetlərdən danışasınız

- İlk təhsilim tərcüməçi fakultəsi olub. Daha sonra müəllimlik peşəmi də əlavə olaraq qazandım. Hər iki təhsilimi çox böyük uğurla sonlandırdım.

- Ötən müsahibənizdə şagirdlərinizlə yaxın olmağa çalışdığınızı bildirdiniz. Bu, sizin üçün çətin olmurmu?

- Şagirdlərimlə ona gorə mehriban olmağa çalışıram ki, aldıqları təhsil də uğurlu olsun, hər nə çətinlik olsa rahatlıqla mənimlə bölüşsünlər.

- Heç olubmu ki, hansısa şagirdinizdən nəticə almayasınız? 

- Çox nadir halda nəticəm olmaya bilər, amma daim bunu valideynlərimlə paylaşıram, təbii ki, buna görə də narahat oluram. 

- İngilis dilində danışmaq üçün minimum neçə söz bazası olmalıdır?

- Söz bazası çox olmalıdır. Çünki hər gün yeni söz, yeni ifadələrlə rastlaşırıq.

- Əziyyətinizi yerdə qoyan şagirdinizlə necə davranırsınız?

- Sağ olsunlar, əziyyətimi yerdə qoyan şagirdim olmayıb. Bu da uğurumdur (gülür).

- Sizi məqsədli, hədəfinə köklənən və məsluiyyətli biri kimi tanıyıram. Mirvari müəllimə bir il sonra özünü harada görür və ya harada görmək istəyir?

- Hər ötən il özümü daha da yuxarıya doğru qalxdığımı hiss edirəm. Necə deyirlər, bundan sonra daha da irəli (gülür).

- Ən yüksək nəticə göstərən şagirdiniz hazırda nə işlə məşğuldur?

- Şagirdlərimin çoxu yüksək yerlərdədir. Buna misal olaraq Tural adlı şagirdimin adını qeyd edə bilərəm. O, Çində İngilis Dili müəllimi kimi fəaliyyət göstərir.

- Bəs İngilis Dili öyrənmək istəyənlər nəyə görə sizi seçməlidir? özünüzdə hansı üstünlükləri görürsünüz?

- Bəzən tələbələrimin nəticələri o qədər yüksək olur ki, hətta məndən də yaxşı danışırlar. Öz-özümə sual verirəm ki, bunları mənmi yetişdirmişəm?

Xəyal Abdullayev

Hit.Az

0