Vüqar Qurbanovdan yeni təyinatlar

13:09 / 17.03.2023
596

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun müvafiq əmrləri ilə qurumun tabeliyindəki bir sıra tibb müəssisələrinə yeni direktorlar təyin olunub.

TƏBİB-dən verilən məlumata görə, Nizami Tibb Mərkəzinin direktoru vəzifəsinə həkim-terapevt Eldar Abbasov, Suraxanı Tibb Mərkəzinin direktoru vəzifəsinə həkim-oftalmoloq Aybəniz Saniyeva, Şabran Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə həkim-radioloq Səxavət Cəbrayılov, Naftalan Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə həkim-uroloq Samir Allahverdiyev təyin olunub.

Rəsmi məlumata görə, ötən gün Vüqar Qurbanov TƏBİB-də yeni təyinat alan direktorları qəbul edib.

0