Abbas Seyidov işdən çıxarıldı

ÖLKƏ
13:16 / 28.05.2023
823

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru Abbas Seyidov vəzifəsindən azad edilib.

HİT.az xəbər verir ki, bu barədə bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclasında qərar qəbul edilib.

Bildirilib ki, Abbas Seyidovun ərizəsi əsasında Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru vəzifəsindən azad olunması qərara alınıb.

Həmçinin AMEA Rəyasət Heyəti aparatının İnsan resursları şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aynur Mahmudova AMEA Rəyasət Heyəti aparatının Həmkarlar Təşkilatının sədri vəzifəsinə təsdiqlənib.

Eyni zamanda, AMEA Rəyasət Heyəti aparatının bir sıra şöbələrinin adlarına əhatə etdikləri funksiyalara müvafiq olaraq yenidən baxılıb.

0