ABŞ Senatında Respublikaçılar Partiyasının lideri Con Tunun demokratların siyasətini “demokratik ekstremizm” adlandıraraq buna qarşı mübarizə aparacaqlarını bildirib. O, partiyasının Prezident Donald Trampla birlikdə demokratların radikal hesab etdiyi mövqelərinin siyasi gündəmdə üstünlük qazanmasına imkan verməyəcəyini vurğulayıb.
HİT.az xəbər verir ki, Tunun bu barədə açıqlaması “X” sosial şəbəkəsində yayımlanıb.
“Xoşbəxtlikdən, Ağ Evdə hələ də prezident Donald Tramp var və biz onunla birlikdə demokratik ekstremizmin ən pis təzahürlərini cilovlamaq üçün çalışacağıq. Onların marginal mövqelərinin əsas siyasi istiqamətə çevrilməsinə imkan verə bilmərik”, – deyə senator yazıb.
Tunun sözlərinə görə, respublikaçılar son iki ildə Senatda ciddi nəticələr əldə ediblər.
Qeyd edək ki, noyabrın 3-də ABŞ-da Konqresə aralıq seçkilər keçirilib. Səsvermə nəticəsində Nümayəndələr Palatasının bütün üzvləri və Senatın təxminən üçdə biri müəyyənləşib.
“DDHQ” analitik portalının ilkin məlumatlarına əsasən, Demokratlar Partiyası Nümayəndələr Palatasında nəzarəti ələ keçirə bilər. Bu isə respublikaçıların Konqresdəki mövqelərinə və Tramp administrasiyasının qanunvericilik təşəbbüslərinə təsir göstərə bilər.
Samir


